Türkiyə bayrağı artıq Şimal qütbündǝ dalğalanacaq

Türkiyənin Şimal qütbündəki ilk stansiyası Svalbard adasında qurulub

451765
Türkiyə bayrağı artıq Şimal qütbündǝ dalğalanacaq

Meteoroloji ölçmərlǝ yanaşı dünyanın maqnit sahəsi və şimal işıqlarını müşahidə etmək üçün Türkiyənin Şimal qütbündəki ilk stansiyası Svalbard adasında qurulub.

Təxminən 50 ölkənin fəaliyyət göstərdiyi sahədə qurulan stansiya Türkiyənin özǝl liseyinin fizika bölümünün şagirdləri tərəfindən inkişaf etdirilib. 20 nəfərlik şagird qrupu keçən həftə 6 aydır üzərində çalışdıqları stansiyanı quraraq ilk məlumatlarını alıb. Artıq bu barədə bundan sonra yerli məlumatlardan istifadə ediləcək.

Stansiyada Günəşdǝ baş verǝn hadisələrin Yer üzündəki zəlzələ və sel kimi təbii fəlakətlərə tǝsiri araşdırılır.

Qeyd edǝk ki, Yer kürəsinin şimalındakı yaşayış yeri olan Svalbard adası 1920-ci ildən bütün ölkələrin üzünǝ açıqdır. Təxminən 50 ölkənin alimlərinin çalışdığı adada artıq Türkiyənin də stansiyası fəaliyyət göstərir.



Әlaqәli Xәbәrlәr