Diş çürüməsini ləngidən bakteriya tapıldı

Amerikalı alimlər diş çürüməsini ləngidən bakteriya ortaya çıxardı

448753
Diş çürüməsini ləngidən bakteriya tapıldı

"Applied and Environmental Microbiology" jurnalında dərc olunan məqaləyə görə, Florida Universitetinin tədqiqatçıları Streptococcus adlı bakteriyanın bir növü olan A12 bakteriyasının ağızda digər bakteriyalar tərəfindən yaranan və diş çürüməsinə səbəb olan turşu miqdarının aşağı saldığını qeyd ediblər.

Araşdırma qrupunda iştirak edən Robert Börn A12 bakteriyalarından hazırlanan həbləri nizamlı şəkildə istifadə etdikdə çürüklərdən qoruna biləcəyini qeyd edib.

Dünya Səhiyyə Təşkilatının 2012-ci ildə verdiyi məlumatlara görə, dünyada uşaqların 60-90, yetkinlik yaşında olan insanların isə az qala 100 faizinin dişində çürük var. 65-74 yaş arasında olan adamların isə təxminən 30 faizində təbii dişləri qalmayıb.



Әlaqәli Xәbәrlәr