Kofein alüdəçiləri üçün xüsusi qolbaq

Bu qolbaq qana az miqdarda kofein göndərərək asılılığı azaldacaq.

442245
Kofein alüdəçiləri üçün xüsusi qolbaq

Bu qolbağın köməyilə qəhvə vərdişinizi azalda biləcəksiniz. "Joule" adlı bu qolbaq istifadəçinin qanına kofein göndərərək bir dəfəyə 4 saatlıq qəhvə ehtiyacını ödəyəcək.

İnkişaf edən texnologiya kofein alüdəçilərinin də köməyinə çatacaq. Belə ki, “Joule” adındakı bu qolbaq qana az miqdarda kofein göndərərək asılılığı azaldacaq. Qolbaq və saat olaraq istehsal olunan bu cihaz, istifadəçinin kofein miqdarını seçməsinə də icazə verəcək.

“indiegogo.com” veb saytı başlayan bu kampaniya vasitəsilə 15.000 ABŞ dollar ianə əldə edəcəyi təqdirdə bu cihazı istehsal edəcəyini bildirib. 56.000 dollar ianə yığan şirkət qısa bir zamanda qolbağın istehsalına başlayacaq.

Şirkət qeyd edib ki, sağlamlığı səbəbilə qəhvə içə bilməyənlər belə bu qolbaqdan istifadə edə biləcək. Kofein qolbağı içindəki kofeini dəriyə yeridərək qana keçməsinə kömək edəcək.



Әlaqәli Xәbәrlәr