Türkiyə Səhiyyə Nazirliyi xəbərdarlıq etdi

Səhiyyə Nazirliyi xarici ölkələrə səyahət edənləri “vəba”xəstəliyi ilə bağlı diqqətli olmağa çağırıb.

399132
Türkiyə Səhiyyə Nazirliyi xəbərdarlıq etdi

Xarici ölkələrə gedənlərə “vəba” xəbərdarlığı edilib.
Səhiyyə Nazirliyi xarici ölkələrə səyahət edənləri “vəba”xəstəliyi ilə bağlı diqqətli olmağa çağırıb.
Səhiyyə Nazirliyi Türkiyə sərhədlər və sahillər sağlamlıq idarəsinin müdiri Hüsem Hatipoğlu xaricə səyahət edənlərin “vəba” virusuna qarşı qoruyucu tədbirlər həyata keçirilməsinin lazım olduğunu bildirib.
Hatipoğlu “Bişməyən yeməklərin yeyilməməsi, meyvə və tərəvəzlərdən az istifadə olunması, mütləq təmizliyindən əmin olunan su və digər mayelərin qəbul olunmasının” vacibliyini bildirib Hatipoğlu verdiyi açıqlamada, dünyada artan bütün infeksiya və virusların yoxlanıldığını söyləyib.
Hatipoğlu, “Dünya Sağlamlıq Təşkilatının məlumatına görə, İraqın 17 vilayətində 2-si ölümlə nəticələnən 2 min 724 “vəba” xəstəliyi sübut olunub. Təmiz su tapmaqın çətin olduğu və kanalizasiya sistemlərinin inkişaf etmədiyi ölkələrdə “vəba”xəstəliyi daha çox olur” deyə bildirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr