Ən çox içən və çəkən qitə

Dünya Səhiyyə Təşkilatının (DST) məruzəsinə əsasən, dünyada spirtli içki və siqaret istehlakına görə Avropa qitəsi liderdir.

385918
Ən çox içən və çəkən qitə

Bu səbəbdən hazırkı nəsil nümayəndələrinin nənə-babaları qədər ömür sürə biləcəkləri şübhə doğurmaqdadır.
DST-nin hesabatında Rusiya və Asiya qitəsinin bəzi hissələri də Avropa qitəsinə aid edilib
Hesabatda avropalıların 59 faizinin, yəni yarıdan çoxunun, artıq çəkidən və piylənmədən əziyyət çəkdiyi qeyd olunub.
Avropalıların sağlamlıq durumuna həsr olunmuş DST-nin yeni hesabatında xərçəng, şəkər və ürək-damar xəstəliklərinə qarşı mübarizənin uğurlu aparıldığı və həmin xəstəliklərdən, o cümlədən, infarkt və insultdan ölənlərin sayı azalmaqdadır.
Lakin qeyd edildiyi kimi, müsbət effekti siqaretçəkmə heçə endirə bilər: statistikaya əsasən, Avropa əhalisinin üçdə biri çəkir - bu isə dünya bölgələri arasında ən yüksək göstəricidir.
Əhalinin adam başına düşən içilmiş spirtli içkinin miqdarına görə - bu isə ildə 11 litr təmiz alkohol deməkdir - Avropa dünya birinci yerdədir.
Hesabata görə, Rusiyada alkohol istehlakı və piylənmə indeksi göstəriciləri Avropanın orta göstəriçilərilə uyğun gəlir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr