İybilmə ömrün uzun və ya qısalığını müəyyən edir

“Qoxu alma hissiniz azalıbsa, həyat sürəniz də azalmış ola bilər”.

293605
İybilmə ömrün uzun və ya qısalığını müəyyən edir

  ABŞ-ın Kolumbiya (Colombia) Universitetində edilən araşdırmalara görə, qoxu duyğusunun azalması, 65 və bundan artıq yaşda olanların ölüm riskini artırır.

  65 və bu yaşdan yuxarı 1169 adama təxminən 40 fərqli maddə iylədiblər və qoxunun nə olduğunu çox variantlı siyahıda işarə etmələrini istəyiblər. Bu təcrübədən sonra alimlər bu adamların sağlamlıq vəziyyəti və həyat tərzilə bağlı məlumatları araşdırıblar.

  Edilən müşahidələrə görə, qoxuları ayırd etməkdə çətinlik çəkən 349 adamın ya bir xəstəlikdən, ya da qəza nəticəsində 4 il içində öldüyü təsbit edilib.

  Araşdırmaya imza atanlardan biri də dr. Davangere Devanandır ki, ölüm riskinin qoxu hissinin azalmağa bağlı olaraq artdığını deyərək bunları əlavə edib: "Araşdırma yalnız yaşlıları əhatə edir. 65-dən aşağı yaşda olanlar üçün iybilmə hissi ilə bağlı başqa təcrübələrin edilməsi lazımdır " deyib.

  Araşdırmanı aparan alimlər qoxu hissinin azalıb-azalmadığını bilmədən ağır bir xəstəliyə diaqnoz qoyulmasını düzgün hesab etmirlər.

  Qoxu duyğusu azalan yaşlıların pozulmuş bir yeməyi yemək, qaz sızması və ya yanğın-qoxu zəhərlənməsindən hallarından həyatlarını itirdikləri məlum olub.

  Araşdırmanın nəticələri "Annals of Neurology" jurnalında dərc edilib.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr