İstanbul Cənubi Koreyada

Cənubi Koreyanın Gonju şəhərində İstanbul günlәri keçirilir.

122106
İstanbul Cənubi Koreyada

2013-cü ildә İstambulda Cənubi Koreya günlәri keçirildi. 

İndi isә İstanbul şəhər Bələdiyyəsi Cənubi Koreyanın Gonju şəhərində İstanbul günlәri tәşkil edir. 

Gonjunun bütün prospekt və küçələri Türkiyә bayraqları ilə bəzədililib. 10 gün davam edəcək festivalda İstanbul minlərlə koreya vәtәndaşına tanıdılacaq.
Festival çәrçivәsindә Türk kinosu, teatr və musiqi nümunələrinin sәhnәlәşdirilmәsi üçün boyük konsert meydanı hazırlanıb.
Hәmçinin əl işlәrinin tanıdılacağı Kapalı Çarşı da tәşkil edilib.
әlbәtdә ki başda "dönər" olmaq şәrtiylә Türk mətbəxinin ən gözəl yeməkləri də təqdim ediləcək.
"Gonjuda İstanbul"günlәrinә Sentyabırın 12-dә İstanbul şəhəri Bələdiyyə Başçısı Qədir Topbaş və Koreya rәsmilәrinin qatılacağı açılış mәrasimiylә start verilәcәk.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr