Dünyada iz buraxan Türk böyükləri 39 / 2014

Cüneyt Çakır

147809
Dünyada iz buraxan Türk böyükləri  39 / 2014

Bugünkü proqramda dünyanın ən yaxşı futbol hakimləri arasında yer alan, ən son 2014 Dünya Kubokunda bir çox matçları idarə edən Cüneyt Çakır haqqında danışmaq istəyirik.

Cüneyt Çakır 23 noyabr 1976-ci ildə İstanbulun Kuzguncuk səmtində dünyaya gəlib. Forvet oynamağı daha çox sevsə də, 10 yaşından Kartalsporda futbola başlayır. Minikler liqasında atdığı qolla komandasını çempionluğa aparan Cüneyt 17 yaşına qədər futbol oynayır. Matçların birində qolu qırılır, müalicə alır, sağalandan sonra təkrar komandasına dönür, məşqçisinin təkidilə müdafiəçi olur. Amma bir gün hirsindən futbolçu formasını çıxarır, atası Sərdar Çakır kimi hakim olmaq qərarına gəlir. Cüneytin əsas müəllimi həkim və hakim olan Əhməd Çakar idi. Atası isə assistent müəllim kimi oğluna lazımi təlimatlar verirdi. Cüneyt hakimliklə kifayətlənməyərək Kocaeli Universitetini qazanıb ordan məzun olur.

 

Cüneyt Çakırın 16 yaşından tanıdığı və sonralar həyat yoldaşı olan Qəmzə xanım da onun ən böyük dəstəkçisi idi. Administrator olsa da, əməlli-başlı bir futbol fanatı idi: matç bitər-bitməz həyat yoldaşını təbrik edir, evə dönər-dönməz matçı birlikdə seyr edirlər.
Cüneyt Çakırın evində və iş yerində qeyd cihazı var. Bununla o, Avropadakı bütün matçları yazır, hər gün ən az iki matçı seyr edir, qərarlar verir, nümunələr seçir. Futbol azarkeşliyi onun uşaqlıq ehtirası idi. Ağıllı cib telefonlarının olmadığı o zamanlarda Türkiyədə yeganə kanal olan TRT-də atası Sərdar Çakırın idarə etdiyi matçları videoya, Beta kasetinə köçürüb qeyd edir, sonradan baxıb onun qərarları doğru verib vermədiyini şərh edirdi. O biri hakimlər Cüneytin futbolu yazmaq xasiyyətini bildiklərindən matç bitər-bitməz onu axtarıb tapırdılar. Bu gün Cüneyt Çakırın evində 80-ci illərdən üzü bəri idman proqramlarının böyük arxivi var.

Cüneyt Çakırın çox yaxşı ingiliscəsi var. O, orta məktəb və universitetdə öyrəndikləri ilə kifayətlənməyərək dil təhsili almaq üçün İngiltərəyə getmişdi. Bu müvəffəqiyyətli hakim həm də dissiplini – nizam-intizamı ilə tanınır. Sağlamlığına da diqqət yetirən Cüneyt vaxtını yaxşı dəyərləndirməyi bacarır. Kino və Teatra getməyi, rok musiqini və axşamlar mütləq roman kitabı oxumağı sevir.

Cüneyt Çakır bu günə qədər Super Liqada 172 matçı idarə etməsilə “Ən çox matç idarə edən hakim” adını alıb. FIFAnın 69 beynəlxalq matçında hakimlik edib. 2007-ci ildə qazandığı müvəffəqiyyətlərdən sonra Avropanın istedadlı hakimlərinin dəvət edildiyi MENTOR kursuna çağırılıb. Kursu uğurla başa vuraraq UEFA-nın 22 dekabr 2009 tarixli “Premier Development” kateqoriyasına layiq görülüb.

2010-2011-ci Futbol mövsümündə Çempionlar liqası qrup matçlarında idarə etdiyi Rubin Kazan və Barcelona matçıyla 10 illik fasilədən sonra Avropada yüksək səviyyədə matçı idarə edən 3-cü Türkiyəli hakim olub. Cüneyt Çakır Türkiyənin bir idman fəxridir.



Etiketlәr:

Әlaqәli Xәbәrlәr