Avropa İttifaqına üzv ölkələrin liderləri Brüsseldə görüşəcək

Avropa İttifaqına üzv ölkələrin  (Aİ) liderləri iqtisadiyyat və rəqabət qabiliyyəti, eləcə də Yaxın Şərqdəki hadisələrlə bağlı mövzuları müzakirə etmək üçün Belçikanın paytaxtı Brüsseldə görüşəcək.

2128961

27 ölkənin dövlət və ya hökumət başçılarının iştirakı ilə aprelin 17-də başlayacaq görüş iki gün davam edəcək.
Görüş 6-9 iyunda keçiriləcək Avropa Parlamentinə (AP) seçkilər öncəsi Aİ liderlərinin son görüşü olacaq.
İclasda Avropa İttifaqı Şurasının sədri Şarl Mişel, Avropa İttifaqı Komissiyasının sədri Ursula fon der Leyen və Avropa İttifaqının təhlükəsizlik və xarici siyasət məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell də iştirak edəcək.
Türkiyə vaxtı ilə saat 20.00 radələrində başlaması gözlənilən görüşdə  liderlər əvvəlcə Avropa Parlamentinin sədri Roberta Metsola ilə fikir mübadiləsi aparacaqlar.

Әlaqәli Xәbәrlәr