Peruda sərnişin avtobusu uçuruma aşdı, ölən və yaralananlar var

Bu barədə yerli mətbuat orqanları məlumat yayıb.

2133497
Peruda sərnişin avtobusu uçuruma aşdı, ölən və yaralananlar var

Peruda sərnişin avtobusunun uçuruma düşməsi nəticəsində 23 nəfər ölüb, 15 nəfər yaralanıb.

Bu barədə yerli mətbuat orqanları məlumat yayıb.

Xəbərə görə, Soroçuko bölgəsindən Kajamarka şəhərinə gedən avtobus Celendin şəhər magistralında 200 metrlik uçuruma düşüb.

Qəza nəticəsində 23 nəfər həyatını itirib, bəziləri ağır olmaqla 15 nəfər yaralanıb.

Celendin Bələdiyyə Başçısı Jaime Herrera ölənlərin sayının arta biləcəyini və bəzi cəsədlərin Sendamal çayına düşmüş ola biləcəyini bildirib.

Qəza yerinə çox sayda yanğınsöndürən və mülki müdafiə qrupları göndərilib.

Qəza ilə bağlı araşdırmaya başlanılacağı bildirilib.



Әlaqәli Xәbәrlәr