Ukrayna: ''Rusiya ordusu enerji obyektlərinə hücum etdi''

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya ordusunun Xarkov, Kiyev, Zaporojya, Odessa və Lvov vilayətlərindəki enerji obyektlərinə pilotsuz uçuş aparatları (PUA) və raketlərlə hücum təşkil etdiyini bildirib.

2126779

Rəsmi internet səhifəsində açıqlama verən Volodimir Zelenski Rusiyanın gecə saatlarında 40-dan çox raket və 40-a yaxın “Şahed” tipli PUA ilə Ukrayna ərazisinə hücum etdiyini, raket və PUA-ların yalnız bir qismini vura bildiklərini bildirib.
Volodimir Zelenski Rusiya ordusunun Ukraynanın enerji obyektlərini  hədəf aldığına diqqət çəkib.
"Xarkova növbəti dəfə hücum edilib. Kiyev, Zaporojya, Odessa və Lvov vilayətlərindəki obyektlər də hədəf alınıb",-Volodimir Zelenski qeyd edib.
Ukrayna Baş Qərargahından verilən açıqlamada gecə ərzində Ukrayna hava hücumundan müdafiə qüvvələri tərəfindən 37 PUA-nın məhv edildiyi qeyd edilib.
Kiyev vilayətinin Hərbi Administrasiyasının rəhbəri Ruslan Kravçenko da rəsmi internet səhifəsində etdiyi paylaşımda hücum nəticəsində ölən və yaralananın olmadığını bildirib.

Etiketlәr: #hücum , #Ukrayna , #Rusiya

Әlaqәli Xәbәrlәr