İsveçrə Ukrayna Sülh Konfransına ev sahibliyi edəcək

İsveçrə iyun ayında keçiriləcək Ukrayna Sülh Konfransına ev sahibliyi edəcək.

2126686
İsveçrə Ukrayna Sülh Konfransına ev sahibliyi edəcək

İsveçrə iyun ayında keçiriləcək Ukrayna Sülh Konfransına ev sahibliyi edəcək.

İsveçrə federal hökumətindən verilən yazılı açıqlamada Ukraynada hərtərəfli, ədalətli və davamlı sülhün təmin edilməsi üçün Ukrayna Sülh Konfransının keçiriləcəyi bildirilib.
“Konfransın sülh prosesini başlatması üçün lazımi şərait var” deyilən  açıqlamada məqsədin Ukraynada sülhün bərqərar olması üçün ölkələr arasında ümumi anlaşmanın inkişaf etdirilməsi olduğu vurğulanıb.
Bildirilib ki, konfransın iyun ayında Nidvalden kantonunun Bürgenstok şəhərində keçirilməsi planlaşdırılır.
Rəsmi təmaslar üçün İsveçrənin paytaxtı Bernə gedən Ukrayna prezidenti Volodimir Zelenski yanvarın 15-də İsveçrə Konfederasiyasının prezidenti Viola Amherd ilə görüşmüşdü.
Burada keçirilən birgə mətbuat konfransında çıxış edən Volodimir Zelenski yanvarın 16-dan İsveçrə ilə sülh konfransı məsələsini müzakirə etməyə  başlayacaqlarını bildirmişdi.
Volodimir Zelenski konfransa yalnız Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən ölkələrin dəvət ediləcəyini, Rusiyanın danışıqlarda iştirak etməyəcəyini və Çinin də iştirak edəcəyinə ümid etdiyini qeyd etmişdi.



Әlaqәli Xәbәrlәr