Qədr gecəsində 200 min müsəlman Əqsa məscidində namaz qıldı

Bu müqəddəs gecəni Əqsa məscidində keçirmək istəyən ailələr burada süfrə açaraq iftar ediblər.

2125485
Qədr gecəsində 200 min müsəlman Əqsa məscidində namaz qıldı

Qədr gecəsində 200 min müsəlman işğal altındakı Şərqi Qüdsdəki Əqsa məscidində namaz qıldı.
Bu müqəddəs gecəni Əqsa məscidində keçirmək istəyən ailələr burada süfrə açaraq iftar ediblər.
Ramazan ayının son günlərini Əqsa məscidində keçirmək istəyən çox sayda insan müqəddəs məbədin həyətində və bağlarında çadırlar qurub.
Qeyd edək ki, İsrail vətəndaşı olan minlərlə fələstinli Qədr gecəsini qeyd etmək üçün ölkənin hər yerindən yüzlərlə avtobusla Şərqi Qüdsə gəlib.
İsrail əsgərlərinin sıx təhlükəsizlik tədbirləri gördüyü müqəddəs şəhərdə indiyədək heç bir insidentin yaşanmadığı bildirilib.
Qədr gecəsi münasibətilə işğal altındakı İordan çayının qərb sahilindən Şərqi Qüdsə getmək istəyən minlərlə fələstinlinin qarşısı İsrail tərəfindən alınıb.
Bu il İsrail hakimiyyəti İordan çayının qərb sahilindən məhdud sayda fələstinlinin Əqsa məscidinə daxil olmasına icazə verib.

İşğal altındakı İordan çayının qərb sahili ilə Qüds arasında 2003-cü ildə tikilmiş divar boyunca İsrailin çox sayda hərbi nəzarət məntəqələri var.

İsrail xüsusi icazəsi olanlar istisna olmaqla, İordan çayının qərb sahilindəki fələstinlilərin adi günlərdə Qüdsə keçməsinə icazə vermir.

Şərqi Qüds və İordan çayının qərb sahili 1967-ci ildən etibarən İsrailin işğalı altındadır.



Әlaqәli Xәbәrlәr