Rusiya Ukraynaya hücum etdi, ölənlər var

Bu barədə  Xarkov vilayətinin Hərbi Administrasiyasının rəisi Oleq Sinequbov paylaşım edib.

2124791
Rusiya Ukraynaya hücum etdi, ölənlər var

Rusiyanın Ukraynanın Xarkov şəhərinə “Şahed” tipli pilotsuz uçuş aparatları (PUA) ilə həyata keçirdiyi intensiv hücumlarda 4 nəfər həyatını itirib.
Bu barədə  Xarkov vilayətinin Hərbi Administrasiyasının rəisi Oleq Sinequbov paylaşım edib.
Məlumata əsasən, Rusiya ordusu Xarkova azı 15 “Şahed” tipli PUA göndərib, onların yarısı vurulub.
Şəhərin Novobavarskiy, Slobidskiy, Saltivski rayonları vurulub.
Novobavarskidə 14 mərtəbəli yaşayış binasının dağılması nəticəsində 4 nəfər ölüb, 12 nəfər yaralanıb.
Ölən 3 nəfərin hadisə yerinə gedən axtarış-xilasetmə qrupundan olduğu bildirilib.
2022-ci il fevralın 24-də Rusiya prezidenti Vladimir Putin Ukraynanı işğal etmək əmrini verdi və bununla da Rusiya-Ukrayna müharibəsi başladı.



Әlaqәli Xәbәrlәr