İsrail sәfiri Boyük Britaniya XİN-ә çağırıldı

Bu barədə Britaniya XİN məlumat yayıb.

2123934
İsrail sәfiri Boyük Britaniya XİN-ә çağırıldı

İsrail səfiri Böyük Britaniya Xarici İşlər Nazirliyinə çağırılıb.

Bu barədə Britaniya XİN məlumat yayıb.

İsrail diplomatının Qəzzada İsrail ordusunun zərbəsi nəticəsində üç britaniyalının ölümündən sonra XİN-nə çağırıldığı bildirilir.

Mövzu ilə bağlı açıqlama verən İngiltərə Xarici İşlər Nazirliyinin rəsmisi Endryu Mitçel deyib: ''Hökumətin Britaniya vətəndaşları da daxil olmaqla “World Central Kitchen” əməkdaşlarının qətlini açıq şəkildə qınadığını qarşı tərəfə çatdırdım''.

Hücumla bağlı şəffaf araşdırmanın aparılmasını tələb etdiklərini ifadə edən Endryu Mitçel İsrailin təcili olaraq humanitar yardıma çıxışı artırmaq üçün təsirli bir deeskalasiya mexanizmi yaratması lazım olduğunu  bildirib.

"Yardımların Qəzzaya daxil ola bilməsi və əsirlərin bölgədən çıxa bilməsi üçün  təcili humanitar fasilə elan edilməlidir'',-Endryu Mitçel qeyd edib.



Әlaqәli Xәbәrlәr