Səhiyyə Nazirliyi Nasser xəstəxanasının yenidən fəaliyyətə başlamasına çağırıb

Qəzzadakı Səhiyyə Nazirliyi İsrailin hücumları səbəbilə xidmətdən kənarda qalan Xan Yunisdəki Nasser xəstəxanasının yenidən fəaliyyətə başlamasına çağırıb.

2123297
Səhiyyə Nazirliyi Nasser xəstəxanasının yenidən fəaliyyətə başlamasına çağırıb

Qəzzadakı Səhiyyə Nazirliyi İsrailin hücumları səbəbilə xidmətdən kənarda qalan Xan Yunisdəki Nasser xəstəxanasının yenidən fəaliyyətə başlamasına çağırıb.

Nazirlikdən edilən yazılı açıqlamada BMT və digər beynəlxalq təşkilatlar və cəmiyyətdən Nasser xəstəxanasının yenidən fəaliyyətə başlaması və səhiyyə müəssisələrinin qorunması üçün lazımi səylərin göstərilməsi istənib.

"Nasser xəstəxanasının bağlanması ən aşağı səviyyəyə enmiş səhiyyə xidmətlərinə ölümcül zərbədir. Xəstələr müalicə ala bilmirlər" açıqlamada deyilib.

Xatırladaq ki, İsrail ordusu uzun müddət mühasirədə saxladığı və fevralın 15-də basqın etdiyi Xan Yunisdəki Nasir xəstəxanasını sıradan çıxarıb.

Son olaraq martın 24-də İsrail əsgərləri yenidən mühasirəyə aldıqları xəstəxanaya basqın edərək çoxlu köçkün fələstinli və tibb işçisini saxlayıblar.

İsrail ordusunun Nasser xəstəxanası və ətrafına həyata keçirdiyi şiddətli hücumlarda ölən və yaralananlar olub.

Digər açıqlamada isə Səhiyyə Nazirliyi məcburi köçkün olan fələstinliləri xəstəxanaları boşaltmağa çağırıb.

Açıqlamada İsrailin hücumlarından qaçan on minlərlə məcburi köçkün fələstinlinin sığındığı xəstəxanalarda ciddi sıxlığın olduğu, şöbələr və çarpayılar dolduğu üçün səhiyyə xidməti göstərəcək yer qalmadığı vurğulanıb.



Әlaqәli Xәbәrlәr