BMT Suriya müharibəsinin 13-cü ilində bəyanat paylaşdı

Suriyadakı müharibənin 13-cü ildönümü ilə bağlı bəyanat paylaşan Q.Pedersen yazıb ...

2116180
BMT Suriya müharibəsinin 13-cü ilində bəyanat paylaşdı

 

  Birləşmiş Millətlər Təşkilatı baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Qeir (Geir) Pedersen uzun müddətdir münaqişələrin davam etdiyi Suriyada 16,7 milyon insanın humanitar yardıma ehtiyacı olduğunu bildirib.

  Suriyadakı müharibənin 13-cü ildönümü ilə bağlı bəyanat paylaşan Q.Pedersen yazıb: “Böhran hələ də siyasi yolla həll edilməyib. Regional gərginliyin artması və ölkə daxilində narahatlıq doğuran proseslər vəziyyəti faciəvi hala gətirib. Suriya xalqının bütün təbəqələri uzun müddətdir izaholunmaz zorakılıq və dağıntılarla qarşı-qarşıya qalıb. Ölkədə humanitar böhran dərinləşməkdə davam edir. 16,7 milyon insanın humanitar yardıma ehtiyacı var.

  Suriyada 7 milyondan çox adam ölkə daxilində didərgin düşüb. Ölkənin iqtisadiyyatı çöküb. Qonşu ölkələrdə 5 milyondan çox suriyalı qaçqın yaşayır.  

  Münaqişənin bütün tərəfləri zorakılığı dərhal dayandırmalı, mülki əhalinin və infrastrukturun qorunması ilə bağlı beynəlxalq humanitar hüquq çərçivəsində öhdəliklərini yerinə yetirməli, habelə günahsız insanlar həbsdən dərhal və qeyd-şərtsiz azad edilməlidir.

  Qaçqınlar və məcburi köçkünlər təhlükəsiz və könüllü olaraq vətənlərinə qayıda bilməldir. Müdafiə və dolanışıq vasitələri ilə bağlı əsas narahatlıqlar həll edilməyib.

  BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsinə uyğun olaraq, beynəlxalq ictimaiyyət birləşməli, etimad möhkəmləndirilməli, Suriya Konstitusiya Komitəsi işini bərpa etməli və bütün məsələlərin hərtərəfli müzakirəsi üçün siyasi təzyiq göstərməlidir”.



Әlaqәli Xәbәrlәr