ÜST: ''Qəzzanın şimalında 2 yaşdan aşağı hər 6 uşaqdan 1-i qida çatışmazlığından əziyyət çəkir''

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirdi ki, Qəzzanın şimalında 2 yaşdan aşağı hər 6 uşaqdan 1-i kəskin qida çatışmazlığından əziyyət çəkir.

2111504
ÜST: ''Qəzzanın şimalında 2 yaşdan aşağı hər 6 uşaqdan 1-i qida çatışmazlığından əziyyət çəkir''

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirdi ki, Qəzzanın şimalında 2 yaşdan aşağı hər 6 uşaqdan 1-i kəskin qida çatışmazlığından əziyyət çəkir.

ÜST-nin Fələstin nümayəndəsi Rik Peperkorn BMT-nin Cenevrədəki ofisində onlayn qaydada keçirilən həftəlik mətbuat konfransında iştirak edib və Qəzzadakı vəziyyəti qiymətləndirib.

Rik Peperkorn Ümumdünya Səhiyyə Təşkilatının 22 yanvardan sonra ilk dəfə 1 martda Qəzzanın şimalındakı Şifa Xəstəxanasına 19 min litr yanacaq, 150 xəstə və 50 uşağın müalicəsi üçün tibbi ləvazimat çatdırdığını bildirib.

Qəzzada yalnız 12 xəstəxananın qismən xidmət göstərə bildiyini, 23-nün isə bağlı olduğunu vurğulayan Peperkorn deyib: "Səhətində problem olan 8 mindən çox insan Qəzzadan çıxarılmalıdır. 7 oktyabr-20 fevral tarixləri arasında cəmi 2 min 293 xəstə müalicə üçün bölgədən çıxarılıb''.
Peperkorn Qəzzada aclıq səbəbindən 16 uşağın həyatını itirdiyini vurğulayıb.
BMT-nin Uşaq Fondunun (UNICEF) sözçüsü Ceyms Elder Qəzzanın şimalında uşaq ölümlərinə diqqət çəkərək deyib: "Uzun müddətdir qorxduğumuz ölüm halları yaşanır. Bu ölümlərin sürətlə artmağa davam etdiyini görəcəyik".
Qəzza zolağındakı səhiyyə orqanlarının açıqladığı son məlumatlara görə, martın 4-dən etibarən qida çatışmazlığından ölən uşaqların sayı 16-ya yüksəlib.



Әlaqәli Xәbәrlәr