İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin XİN rəhbərləri Qəzzadakı vəziyyəti müzakirə edəcəklər

Bu barədə İslam Əməkdaşlıq Təşkilatının rəsmi internet səhifəsində edilən paylaşımda bildirilib.

2109895
İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin XİN rəhbərləri Qəzzadakı vəziyyəti müzakirə edəcəklər

İslam Əməkdaşlıq Təşkilatı oktyabrın 7-dən bəri İsrailin hücumlarına məruz qalan Qəzza zolağındakı vəziyyətlə bağlı martın 5-də xarici işlər nazirləri səviyyəsində iclas keçirəcəyini açıqlanıb.
Bu barədə İslam Əməkdaşlıq Təşkilatının rəsmi internet səhifəsində edilən paylaşımda bildirilib.
Paylaşımda İsrailin Qəzzaya davam edən hücumlarını müzakirə etmək üçün üzv ölkələrin də iştirakı ilə Səudiyyə Ərəbistanının Ciddə şəhərində xarici işlər nazirləri səviyyəsində iclasın keçiriləcəyi qeyd olunub.
İclasından əvvəl İslam Əməkdaşlıq Təşkilatının mərkəzi qərargahında gündəm və qərar layihəsi ilə əlaqədar iş aparılacaq.
İclasda Qəzzadakı son vəziyyətin,həmçinin Beynəlxalq Ədalət Məhkəməsində İsrailin Fələstinə qarşı soyqırım iddiası ilə bağlı mühakimə olunması məsələsinin müzakirə ediləcəyi gözlənilir.



Әlaqәli Xәbәrlәr