CAR İyirmilik Qrupuna sədrliyə hazırlaşır

CAR prezidenti dəftərxanasının nümayəndəsi Kumbudzo Ntşaveni bu barədə jurnalistlər üçün təşkil olunan brifinqdə belə deyib ...

2109334
CAR İyirmilik Qrupuna sədrliyə hazırlaşır

 

  Cənubi Afrika Respublikası (CAR) 2025-ci ildə İyirmilik Qrupuna (G20) sədrlik etmək üçün hazırlıq işlərinə başlayıb.

  CAR prezidenti dəftərxanasının nümayəndəsi Kumbudzo Ntşaveni bu barədə jurnalistlər üçün təşkil olunan brifinqdə belə deyib: “Nazirlər Kabineti CAR-ın 2025-ci ildə İyirmilik Qrupuna sədrliyi və G20 sammitinə hazırlıqları ilə bağlı hesabatı nəzərdən keçirib. Bu, bizim üçün əlamətdar hadisədir. Çünki CAR Afrikada belə bir sammitə ev sahibliyi edən ilk ölkə olacaq.

  CAR-da keçiriləcək G20 sammitinin bütün dünyaya və Afrikaya uzunmüddətli və müsbət təsir göstərəcəyinə ümid edirik. Nazirlər Kabinetimiz Cənubi Afrika Respublikasının G20-də uğur qazanacağına əmindir.

  Xatırladaq ki, CAR 2023-cü ildə BRİKS sammitinə də ev sahibliyi etmişdi.

 

 



Әlaqәli Xәbәrlәr