Rusiya Moldovanın Dnestryanı bölgəsi sakinlərinin qərarını müzakirə edir

TASS xəbər agentliyinin yazdığına görə ...

2109171
Rusiya Moldovanın Dnestryanı bölgəsi sakinlərinin qərarını müzakirə edir

 

  Rusiya Moldovada Dnestryanı bölgənin sakinlərinin müdafiəsinin prioritet olduğunu elan edib.

  TASS xəbər agentliyinin yazdığına görə, Rusiya Xarici İşlər Nazirliyinin bəyanatı əsasında Moldovada Dnestryanı bölgənin Rusiyadan müdafiə tələbi dəyərləndirilib.

  Xəbərdə deyilir: "Dnestryanı sakinlərin maraqlarının qorunması Rusiyanın prioritetlərindən biridir. Bütün daxil olan müraciətlər Rusiyanın müvafiq qurumları tərəfindən diqqətlə qiymətləndirilir".

  Qeyd edək ki, Moldovanın tərkibində yerləşən və birtərəfli müstəqilliyini elan edən Dnestryanı bölgə fevralın 28-də Rusiyadan müdafiə tələb etmək qərarına gəlib. Qərarda Moldova rəhbərliyinin son vaxtlar bölgəyə təzyiqlərini artırdığı və Dnestryanıda yaşayan təxminən 220 min Rusiya vətəndaşının müdafiəyə ehtiyacı olduğu bildirilib.



Әlaqәli Xәbәrlәr