İsrail Qəzza zolağına 70 min ton bomba atıb

Oktyabrın 7-də başlayan müharibədən sonra İsrailin Qəzza zolağında mülki əhalinin yaşadığı evlərə 70 min ton bomba atdığı bildirilib.

2107263
İsrail Qəzza zolağına 70 min ton bomba atıb
Gazze bombardıman (6).jpg
gazze bomba.jpg

Oktyabrın 7-də başlayan müharibədən sonra İsrailin Qəzza zolağında mülki əhalinin yaşadığı evlərə 70 min ton bomba atdığı bildirilib.
Qəzzadakı hökumətin media ofisi İsrailin Qəzzada törətdiyi qanun pozuntuları ilə bağlı məlumat yayıb.

Məlumata görə, İsrail Qəzzada 19 növ hərbi cinayət və insanlığa qarşı cinayət törədib. Bunlardan başlıcası, ayrı-ayrı şəxslərə qarşı törədilən cinayətlərdir.

İsrail əsasən qadın və uşaq olmaqla təxminən 30 min insanı qəsdən öldürüb. 2600 nəfər saxlanılıb və ya əsir götürülüb. Bu insanlarla amansız, qeyri-insani və alçaldıcı rəftar edilib. 2 milyon fələstinli öz yerlərini və evlərini tərk etmək məcburiyyətində qalıb.

İsrail əsgərləri Əz-Zeytun, Şeyx Rıdvan və Ən-Nəsr məhəllələrində, Əl-Maqazi qaçqın düşərgəsində və Qəzzanın qərb bölgəsində yüzlərlə insandan canlı qalxan kimi istifadə edib.

İsrail mülki hədəflərə, xüsusilə xəstəxanalar, məktəblər, məscidlər, kilsələr və müxtəlif mülki təşkilatlara qarşı yüz minlərlə hücum həyata keçirib.

İnsanların ləyaqətini tapdalayan İsrail əsgərləri qadın və uşaqları minlərlə dəfə soyunmağa məcbur edərək, alçaldıcı şəkildə sərhədyanı bölgələrə aparıblar.

Şimal başda olmaqla bütün Qəzzada blokadanı gücləndirən İsrail insanları ac buraxmaqdan müharibə üsulu olaraq istifadə edib.

Təxminən 300 milyon şekel nağd pul, qızıl, zinət əşyaları və qiymətli əşyalar fələstinlilərin tərk edilmələri və ya saxlanmaları zamanı, yaxud evlərindən və Fələstin qurumlarından oğurlanıb.

Hücumlar zamanı İsrail 500-dən çox məscid və kilsəni, 300-dən çox universitet və məktəbi, 360 mindən çox iqamətgahı dağıdıb, Qəzzadakı 35 xəstəxanadan 31-dən çoxu istismardan çıxarılıb.

Qeyd edək ki, İsrail oktyabrın 7-dən bəri mülki ərazilərə 70 min ton bomba ataraq böyük əraziləri məhv edib. Atılan bombalar arasında qadağan olunmuş fosfor bombaları və kaset bombaları da var.

Hücumlarında İsrail Qəzza zolağında min illik tarixə malik 200-dən çox arxeoloji və tarixi obyekti də məhv edib.



Әlaqәli Xәbәrlәr