Nikolas Maduro Hakan Fidanla keçirdiyi görüşlə bağlı paylaşım edib

Venesuela prezidenti Nikolas Maduro ölkəsinə səfər edən Türkiyenin xarici işlər naziri Hakan Fidanla görüşə münasibət bildirib.

2106744
Nikolas Maduro Hakan Fidanla keçirdiyi görüşlə bağlı paylaşım edib

Venesuela prezidenti Nikolas Maduro ölkəsinə səfər edən Türkiyenin xarici işlər naziri Hakan Fidanla görüşə münasibət bildirib.
Bu barədə Nikolas Maduro rəsmi ''X'' internet səhifəsində paylaşım edib.
Türkiyenin xarici işlər naziri Hakan Fidanla keçirdiyi görüşün ''yaxşı'' keçdiyini ifadə edən Nikolas Maduro deyib: ''Türkiye ilə sıx işgüzar gündəm, konkret razılaşmalar və hüquqlarımızın ümumi rifahı üçün nailiyyətlərlə dolu möhkəm dostluğu gücləndiririk. Biz bu yola birlikdə davam edirik''.
Paytaxt Karakasdakı Prezident İqamətgahında keçirilən görüşdə Venesuela xarici işlər naziri Yvan Gil və Türkiyenin Venesueladakı səfiri Aydan Karamanoğlu da iştirak ediblər.
Nazir Hakan Fidanın Venesuelaya etdiyi səfərlə bağlı paylaşım edən Yvan Gil deyib: ''Türkiyenin xarici işlər naziri Hakan Fidan Latın Amerikası və Karib hövzəsi ölkələrinə səfər etdiyi üçün böyük məmnunluq hissi duyuruq. Səfəriniz ikitərəfli münasibətlər və cari beynəlxalq vəziyyəti nəzərdən keçirmək baxımından böyük əhəmiyyət kəsb edir''.



Әlaqәli Xәbәrlәr