İsrailin hücumları nəticəsində həyatını itirən fələstinlilərin sayı 29 min 313-ə yüksəlib

İsrailin xalqı ac-susuz qalmağa məcbur etdiyi Qəzza zolağına hücumlarında həyatını itirən fələstinlilərin sayı son 24 saatda 118 nəfər artaraq 29 min 313-ə çatıb.

2105490

Qəzzadakı Fələstin Səhiyyə Nazirliyi tərəfindən edilən yazılı açıqlamada İsrailin 138 gündür həyata keçirdiyi hücumlarla bağlı məlumat verilib.

Son hücumlarda 118 nəfərin həyatını itirdiyi və bölgədə ölənlərin sayının 29 min 313-ə yüksəldiyi bildirilən açıqlamada İsrail qüvvələrinin daha 163 fələstinlini yaraladığı, ümumi yaralı sayının isə 69 min 333-ə yüksəldiyi qeyd edilib. 

Səhiyyə Nazirliyinin açıqlamasında dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu, lakin İsrail qüvvələrinin maneəsi səbəbindən tibb qrupları və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi vurğulanıb.

Әlaqәli Xәbәrlәr