Husilər ABŞ-a məxsus gəmiyə hücum etdi

Qırmızı dənizdəki hücumları ilə qlobal ticarəti təhdid edən İranın dəstəklədiyi husilər ölkənin cənubundakı Ədən körfəzində iki Amerika gəmisini hədəf aldıqlarını irəli sürüblər.

2104622
Husilər ABŞ-a məxsus gəmiyə hücum etdi

Qırmızı dənizdəki hücumları ilə qlobal ticarəti təhdid edən İranın dəstəklədiyi husilər ölkənin cənubundakı Ədən körfəzində iki Amerika gəmisini hədəf aldıqlarını irəli sürüblər.
Husilərin hərbi məsələlər üzrə sözçüsü Yəhya Seri deyib: “Dəniz qüvvələri Qəzza zolağında Fələstin xalqına qarşı zülm, həmçinin Amerika Birləşmiş Ştatları və Böyük Britaniyanın hücumlarına cavab olaraq Ədən körfəzində iki ABŞ gəmisinə hücum edib''.
Yəhya Seri  ''Sea Champion'' və ''Mavis Fortuna'' adlı iki gəmiyə hücum edildiyini bildirib.
İranın dəstəklədiyi husilər İsrailin Qəzzaya hücumlarına reaksiya olaraq 31 oktyabrda İsrail şirkətlərinə məxsus ticarət gəmilərini Yəmən sahillərində ələ keçirməyə, bəzilərinə isə pilotsuz uçuş aparatları və raketlərlə hücum etməyə başlayıb.
Husilərin hücumlarından sonra bir çox gəmiçilik şirkəti Qırmızı dənizdəki fəaliyyətlərini dayandırmaq qərarına gəlib.
Qlobal ticarətin təxminən 12 faizi Aralıq dənizini Qırmızı dənizə birləşdirən və Avropa ilə Asiya arasında ən qısa marşrutu təklif edən Süveyş kanalı vasitəsilə həyata keçirilir.



Әlaqәli Xәbәrlәr