Miroslav Yença BMT Təhlükəsizlik Şurasının Ukrayna ilə bağlı sessiyasında çıxış etdi

Birləşmiş Millətlər Təşkilatı (BMT) Ukraynada münaqişənin sona çatması və sülhün bərqərar olması üçün razılaşmanın kifayət etməyəcəyini və problemin kökündən həll edilməsinin vacibliyini vurğulayıb.

2101453

BMT baş katibinin Avropa, Mərkəzi Asiya və Amerika üzrə köməkçisi Miroslav Yença Rusiyanın xahişi ilə keçirilən BMT Təhlükəsizlik Şurasının Ukrayna ilə bağlı sessiyasında üzv ölkələrə məlumat verib.
Miroslav Yença Ukraynada müharibənin artan şiddətindən və bunun mülki əhaliyə təsirindən narahat olduqlarını dilə gətirib.
"Biz bilirik ki, zorakılığa son qoymaq üçün təkcə sülh sazişləri kifayət etməyəcək. Problem kökündən həll edilməlidir'' deyən Miroslav Yença  cəmiyyətin bütün təbəqələrinin bu prosesə bərabər şəkildə daxil edilməsinin vacibliyini vurğulayıb.
Miroslav Yença Ukrayna üçün əsas ehtiyacın BMT Nizamnaməsinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və beynəlxalq hüquqa uyğun olan daimi və əhatəli sülh olduğunu vurğulayaraq, gərginliyin azaldılmasına və diplomatik səylərin artırılmasına çağırıb.

Әlaqәli Xәbәrlәr