"Ordu ölkəni kifayət qədər yaxşı müdafiə etmək iqtidarında deyil", K.Breuer

Karsten Breuer ordunun ölkəni müdafiə etmək gücündə olduğunu, lakin kifayət qədər yaxşı müdafiə etmək iqtidarında olmadığını bildirib.

2095817
"Ordu ölkəni kifayət qədər yaxşı müdafiə etmək iqtidarında deyil", K.Breuer

Almaniya Baş Qərargah rəisi general-leytenant Karsten Breuer ordunun ölkəni müdafiə etmək gücündə olduğunu, lakin kifayət qədər yaxşı müdafiə etmək iqtidarında olmadığını bildirib.

General-leytenant Breuer "Handelsblatt" qəzetinin təşkil etdiyi “Təhlükəsizlik və Müdafiə 2024” adlı konfransda çıxış edib.

Almaniya silahlı qüvvələrinin yenidən quruluşa ehtiyacı olduğunu və döyüşə uyğun silahlara ehtiyacı olduğunu ifadə edən Breuer Almaniya silahlı qüvvələrinin kəsirinin son tədarük müqavilələri ilə bağlana biləcəyinə diqqət çəkib:

"Bu kəsiri ehtimal kı, 2 və ya 3 ilə aradan qaldıra biləcəyik, hər halda 5 və ya 8 ildən daha az olacaq” deyib.

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsindən sonra Almaniya müdafiə xərclərini xeyli artırmaq qərarına gəldi və qabaqcıl silah sistemlərinin alınması və ölkənin silahlı qüvvələrinin modernləşdirilməsi üçün 100 milyard avroluq xüsusi fond yaratdı.

Hökumət çoxsaylı müqavilələr, o cümlədən ABŞ istehsalı olan F-35 döyüş təyyarələrinin, "Chinook" nəqliyyat helikopterlərinin və İsrail istehsalı olan "Arrow-3" raketdən müdafiə sisteminin alınmasını imzalayıb.



Әlaqәli Xәbәrlәr