Efiopiya Somalilend vasitəsilə Qırmızı dənizə çıxacaq

Somalidən birtərəfli müstəqilliyini elan edən Somalilend sayəsində Efiopiya Qırmızı dənizə çıxış əldə edəcək.

2082849
Efiopiya Somalilend vasitəsilə Qırmızı dənizə çıxacaq

Somalidən birtərəfli müstəqilliyini elan edən Somalilend sayəsində Efiopiya Qırmızı dənizə çıxış əldə edəcək.
Efiopiya Baş naziri Abiy Əhmədin ofisindən verilən açıqlamaya görə, Efiopiyanın Qırmızı dənizə çıxış xəyalını həyata keçirməsinin yolu bu gün Somalilend ilə imzalanan anlaşma memorandumu ilə mümkün olub.

Bəyanata görə, saziş Efiopiya və Somalilendə təhlükəsizlik, iqtisadi və siyasi əməkdaşlığı gücləndirməyə imkan verəcək.

Anlaşma memorandumuna əsasən, Efiopiyanın Somalinin Berbera limanında, Somalinin isə Efiopiya Hava Yollarında payı olacaq.

Somalilend prezidenti Musa Bihi Abdi də "Müqavilə ilə Efiopiyaya 20 kilometr dənizə çıxış imkanı veririk və qarşılığında bizi tanıyacaqlar. Efiopiya bizi Somalilend olaraq tanıyan ilk ölkə olacaq" deyib.

Abdi Efiopiyanın dənizə çıxmasına imkan verəcək ərazinin müqavilə çərçivəsində icarəyə veriləcəyini bildirib.

Qeyd edək ki, 1990-cı illərin əvvəllərində Eritreanın ayrılması ilə limanını itirən Efiopiya imperiya dövründə dənizə çıxış üçün çoxlu müharibələr aparıb. Hazırda ölkə xarici ticarətinin 90 faizə yaxınını qonşu ölkələrin limanları vasitəsilə həyata keçirir.

Efiopiyanın Baş naziri Əhməd ölkəsinin Qırmızı dənizə çıxışı üçün qonşularına Hedasi bəndində və Efiopiya Hava Yollarında hissə təklif etmişdi.



Әlaqәli Xәbәrlәr