İzzəddin əl-Qəssam Briqadaları: ''Qəzza zolağındakı İsrail qüvvələrinə hücum edilib''

Fələstinin müqavimət hərəkatı ''Həmas''ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları Qəzza zolağının şimalında İsrail əsgərlərinə qarşı hücumda 40 nəfərin öldüyünü və yaralandığını açıqlayıb.

2080685

Qəssam Briqadaları bu barədə rəsmi teleqram kanalında paylaşım edib.
Paylaşımda Cibaliya əl-Beled bölgəsindəki bir evdə 40 İsrail əsgərinə hücum edildiyi, binanın raketlərlə hədəf alındığı və bütün İsrail əsgərlərinin öldüyü və ya yaralandığı ifadə edilib.
Hadisə ilə bağlı İsrail ordusundan hələlik heç bir açıqlama verilməyib.
Xatırladaq ki, ''Həmas''ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları İsrailin fələstinlilərə və onların müqəddəs dəyərlərinə qarşı davamlı pozuntularına cavab olaraq oktyabrın 7-də səhər saatlarında hərtərəfli hücuma keçib. İsrail qüvvələri də buna cavab olaraq Qəzza zolağına intensiv hücumlara başlayıb.
İsrail oktyabrın 7-dən bu yana 1200-dən çox israillinin öldüyünü, 5132 nəfərin yaralandığını açıqlayıb. 
İsrailin Qəzza zolağına təşkil etdiyi hücumlarda azı 8200-ü uşaq və 6200-ü qadın olmaqla 20 mindən çox fələstinli həlak olub, 54536 nəfər isə yaralanıb. Dağıntılar altında minlərlə ölünün olduğu bildirilir.
İsrail insanların sığındığı xəstəxanalar və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur məhv edir.
İsrail ordusu Qəzza zolağına hücumların başladığı 7 oktyabrdan bu yana 489 əsgərinin öldürüldüyünü açıqlayıb.

Әlaqәli Xәbәrlәr