Stoltenberq: "Türkiyenin terrorla bağlı qanuni təhlükəsizlik narahatlıqlarını unutmamaq lazımdır"

NATO-nun Baş katibi Yens Stoltenberq NATO Xarici İşlər Nazirləri Toplantısından əvvəl NATO qərargahında jurnalistlərə açıqlama verib.

2069923
Stoltenberq: "Türkiyenin terrorla bağlı qanuni təhlükəsizlik narahatlıqlarını unutmamaq lazımdır"

"Türkiyenin terrorla bağlı qanuni təhlükəsizlik narahatlıqlarının olduğunu unutmamaq lazımdır".

Bunu NATO-nun Baş katibi Yens Stoltenberq NATO Xarici İşlər Nazirləri Toplantısından əvvəl NATO qərargahında jurnalistlərə açıqlamasında deyib.

“Mən bu görüşə qədər İsveçin NATO-ya tamhüquqlu üzvlüyünə ümid edirdim, lakin bu, baş vermədi” deyə bildirən Stoltenberq Prezident Rəcəb Tayyib Ərdoğanın lazımi sənədləri Türkiye Böyük Millət Məclisinə (TBMM) təqdim etdiyini xatırladaraq TBMM-nin təsdiqini də yaxın zamanda gözlədiklərini dilə gətirib. 

Stoltenberq İsveçin NATO üzvlüyünün hamı üçün yaxşı olacağını qeyd edərək deyib:

"Həmçinin yadda saxlamalıyıq ki, Türkiyenin terrorla bağlı qanuni təhlükəsizlik narahatlıqları var, real terror təhlükəsi ilə mübarizə aparmaq üçün NATO müttəfiqləri ilə daha sıx əməkdaşlıq edir. Heç bir müttəfiq Türkiyedən daha çox terror hücumuna məruz qalmayıb. Ona görə də mən bunu bu mübarizə prosesinin bir hissəsi kimi alqışlayıram. Terrorla mübarizədə atılması lazım gələnləri artırmaq barədə razılıq əldə etdik".

Türkiyenin terrorla mübarizə ilə bağlı real və qanuni narahatlıqlarının olduğunu təkrarlayan Yens Stoltenberq onu da deyib ki, PKK təkcə Türkiyedə terror təşkilatı olaraq görülmür. İsveç və onun NATO müttəfiqləri də PKK-nı terror təşkilatı kimi görürlər. Ona görə də İsveç kəşfiyyat xidmətləri və Türkiyenin kəşfiyyat xidmətləri hazırda daha sıx əməkdaşlıq edir və daha çox məlumat paylaşırlar. Ayrıca Türkiyenin qanuni narahatlıqlarını müzakirə etmək üçün daha yaxın şəkildə işləmək barədə mexanizm qurmalarını alqışlayırıq. İsveçin Türkiyeyə silah ixracına qoyulan məhdudiyyətləri aradan qaldırması üzərində işləyirəm. Çünki müttəfiqlərin bir-birindən hərbi avadanlıq ala və əldə edə bilmələrinin vacibliyinə inanıram.



Әlaqәli Xәbәrlәr