İsrailin hücumları nәticәsindә hәyatını itirәnlәrin sayı 15 mini keçib

İsrailin 48 gündür intensiv hücumlarına məruz qalan Qəzza zolağında həlak olan fələstinlilərin sayı 6150-dən çoxu uşaq olmaqla 15 mini keçib.

2069988
İsrailin hücumları nәticәsindә hәyatını itirәnlәrin sayı 15 mini keçib

İsrailin 48 gündür intensiv hücumlarına məruz qalan Qəzza zolağında həlak olan fələstinlilərin sayı 6150-dən çoxu uşaq olmaqla 15 mini keçib.

Bu barədə Qəzzadakı hökumətin Media Ofisinin rəsmi teleqram kanalında edilən paylaşımda bildirilib. Paylaşımda İsrailin hücumları nəticəsində 70 jurnalist, 207 səhiyyə işçisi və 26 mülki müdafiə əməkdaşının həlak olduğunu qeyd olunub.

Məlumatda İsrailin "humanitar fasilə"nin başladığı 24 noyabra qədər təşkil etdiyi hücumlarda 6150-dən çoxu uşaq, 4 mindən çoxu da qadın olmaqla 15 mindən çox insanın həlak olduğu bildirilib.

Məlumatda həmçinin  yaralananların sayının 36 mini keçdiyi və bu insanların 75 faizinin qadın və uşaq olduğu vurğulanıb.

İtkin düşənlərin sayının 4700-ü qadın və uşaq olmaqla 7 minə çatdığı, bu insanların dağıntılar altında qalıb-qalmadıqları və ya taleyinin məlum olmadığı bildirilib.

İsrailin hücumlarında 103 dövlət obyektinin dağıdıldığı, 266 məktəbin hədəfə alındığı vurğulanıb.

İsrailin hücumları nəticəsində 88 məscidin tamamilə dağıldığı, 174 məscidə ziyan dəydiyi bildirilib. İsrailin həmçinin 3 kilsəni hədəfə aldığı qeyd olunub.

İsrailin Qəzza zolağında 48 gün ərzində təxminən 50 min evi tamamilə dağıtdığı, 240 min evə ziyan vurduğu bildirilib.



Әlaqәli Xәbәrlәr