ABŞ-dakı yəhudilər Fələstinə dəstək nümayişi keçirdi

Amerika Birləşmiş Ştatlarındakı yəhudilər də Fələstinə dəstək nümayişi keçiriblər.

2064051
ABŞ-dakı yəhudilər Fələstinə dəstək nümayişi keçirdi
israilliler protesto.jpg
iran israil tepki.jpg
iran israil tepki.jpg
israilliler protesto.jpg

Amerika Birləşmiş Ştatlarındakı yəhudilər də Fələstinə dəstək nümayişi keçiriblər.
Yəhudi qeyri-hökumət təşkilatlarının üzvləri İsrailin Çikaqodakı konsulluğu qarşısına toplaşıblar.
Nümayişçilər konsulluğun girişini bağlayaraq “Atəşkəs əldə olunmayana, işğal bitənə və Fələstin azad olana qədər getmirik və getməyəcəyik” şüarlarını səsləndiriblər.
Yəhudi qrup Fələstinlilərə qarşı işğal, soyqırım və zülmə son qoymaq üçün həmrəylik içində hərəkət edəcəklərini bildirib.
Aksiya zamanı 100-dən çox adam saxlanılıb.
Mühasirəyə alınan Qəzza zolağında əsir saxlanılan yaxınlarının  girov götürülməsinə  görə hökumətin məsuliyyət daşıdığını bildirən israillilər  paytaxt Təl-Əvivin Dizengoff meydanında da etiraz aksiyası keçiriblər.

İsrail parlamentində isə ''Həmas'' tərəfindən girov götürülən israillilərin yaxınları və deputatlar arasında görüş olub. Görüş zamanı girovların yaxınları ilə deputatlar arasında mübahisə olub.
İranın paytaxtı Tehranda da İsrailin Qəzzaya hücumlarında həlak olan uşaqlara diqqət çəkmək üçün tədbir keçirilib.
Tehranın Fələstin meydanında “Öldürülənlərin simfoniyası” adı altında keçirilən tədbirdə iştirak edən bəzi qadınlar göz yaşlarını saxlaya bilməyiblər.

Braziliya prezidenti Luiz İnasio Lula da Silva Qəzzaya hücumlar başlayandan bəri 4800-dən çox uşağın həyatını itirdiyini bildirərək İsrailə reaksiya verib.
İştirak etdiyi tədbirdə çıxış edən Lula da Silva Qəzzada öldürülən 4800-dən çox uşağa diqqət çəkərək "Mən heç vaxt müharibənin ilk qurbanlarının uşaqların olması xəbərini eşitməmişəm. Uşaqların olduğu, xəstəxanaların olduğu yerləri orada terrorçular var bəhanəsi ilə bombalayırlar'' deyib.
Kolumbiya prezidenti Qustavo Petro isə Fələstinin tam müstəqil dövlət kimi tanınması üçün BMT-yə təklif təqdim edəcəklərini açıqlayıb.
İspaniya baş nazirinin müavini və Sumar Partiyasının lideri Yolanda Diaz da hökumətdən İsrailə qarşı sanksiyaların tətbiq edilməsini istəyib.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) ABŞ-ın Nyu-York şəhərindəki qərargahında İsrailin hücumları nəticəsində həlak olan BMT əməkdaşları yad edilib.
BMT əməkdaşları həmkarlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Anım mərasimində BMT-nin baş katibi Antonio Quterreş də iştirak edib.

Xatırladaq ki, ''Həmas''ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları İsrailin fələstinlilərə və onların müqəddəs dəyərlərinə qarşı davamlı pozuntularına cavab olaraq oktyabrın 7-də səhər saatlarında hərtərəfli hücuma keçib. İsrail qüvvələri də buna cavab olaraq Qəzza zolağına intensiv hücumlara başlayıb. 
İsrailin Qəzzaya hücumlarında ölənlərin sayı 11 360 nəfəri keçib.



Әlaqәli Xәbәrlәr