İsrail Şifa xəstəxanasını hədəf alıb, ölənlər var

İsrail ordusu mühasirə altındakı Qəzzadakı Şifa xəstəxanasının reanimasiya və doğum şöbələrini hədəf alıb.

2063536
İsrail Şifa xəstəxanasını hədəf alıb, ölənlər var

İsrail ordusu mühasirə altındakı Qəzzadakı Şifa xəstəxanasının reanimasiya və doğum şöbələrini hədəf alıb.
Reanimasiyada olan bir xəstə və iki  körpə dünyasını dəyişib.
Oktyabrın 7-dən bu yana İsrailin hücumlarında həlak olan fələstinlilərin sayı 11180-ə çatıb.
''Sərhədsiz həkimlər'' təşkilatı Şifa xəstəxanasındakı tibb işçilərindən xəbər ala bilmədiklərini açıqlayıb.
Fələstin Səhiyyə Nazirliyi də Qəzzadakı xəstəxanalarda, xüsusilə Şifa xəstəxanasında fəlakət yaşandığını və xəstələrin müalicə ala bilmədiyi üçün ölümlə üzləşdiyini açıqlayıb.
İsrail-Livan sərhədində də gərginlik davam edir.
İsrail Hizbullaha aid olduğu iddia edilən bəzi hədəfləri vurduğunu açıqlayıb.
''Həmas''ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları İsrailin fələstinlilərə və onların müqəddəs dəyərlərinə qarşı davamlı pozuntularına cavab olaraq oktyabrın 7-də səhər saatlarında hərtərəfli hücuma keçib. İsrail qüvvələri də buna cavab olaraq Qəzza zolağına intensiv hücumlara başlayıb. 
Gərginlik səbəbindən hər iki tərəf də çox sayda itki verib.
İsrailin məlumatına görə, Qəssam Briqadalarının əlində 239 israilli girov var.



Әlaqәli Xәbәrlәr