İsrail Qəzza zolağına zərbələr endirməyə davam edir

Qəzza zolağı İsrailin intensiv hücumlarına məruz qalır.

2058893
İsrail Qəzza zolağına zərbələr endirməyə davam edir

Qəzza zolağı İsrailin intensiv hücumlarına məruz qalır.
İsrail ordusu Qəzzada quru qoşunlarının fəaliyyətini genişləndirib. Sahədə gərgin qarşıdurmalar davam edir. İsrail 9 əsgərinin öldüyünü, 4-nün isə ağır yaralandığını açıqlayıb.
İsrail ordusu oktyabrın 7-dən bəri mühasirə altında olan  Qəzza zolağında 11 mindən çox nöqtəni vurduğunu açıqlayıb.
Vurulan hədəflər arasında ''Həmas''ın hərbi qanadı İzəddin əl-Qəssam Briqadalarına aid obyektlərin olduğu irəli sürülüb.
İsrail Qəzzanın şimalındakı 13 xəstəxananın boşaldılmasını tələb edib.
Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi İsrailin tələbi ilə bağlı deyib:"Xəstəxanaların boşaldılması əmrinin yerinə yetirilməsi ölüm hökmü olardı."
Qəzzada xəstəxanalarda minlərlə xəstə və təxminən 117 min köçkünün qaldığı qeyd edilib.
İsrailin hücumları nəticəsində ağır yaralanan qəzzalılardan bəziləri Misirdə müalicə olunacaq.
Misir yaralıların və əcnəbilərin keçidi üçün bu gün Rəfah sərhəd-buraxılış məntəqəsini açıb.
Rəfah sərhəd-buraxılış məntəqəsinin mətbuat xidmətinin rəhbəri Vail Əbu Muhsin ağır yaralanan 81 nəfərin müalicə üçün Misirə aparılacağını açıqlayıb.
İsrail də qəzzalıların dünya ilə əlaqə saxlamasına mane olaraq Qəzza zolağında rabitə və internet xidmətləri yenidən kəsilib.
Hizbullah 120 İsrail əsgərini vurduqlarını, 9 tankı və bir pilotsuz uçuş aparatını məhv etdiklərini açıqlayıb.

Xatırladaq ki, ''Həmas''ın hərbi qanadı Qəssam Briqadaları oktyabrın 7-də İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçdiyini açıqlayıb.
Buna cavab olaraq İsrail ordusu döyüş təyyarələri ilə Qəzza zolağına qarşı ''Dəmir qılınclar'' əməliyyatına başladığını açıqlayıb.

İsrail rəsmiləri Qəzzadan həyata keçirilən hücumlarda 317-si əsgər olmaqla 1400-dən çox israillinin öldüyünü, 5132 nəfərin isə yaralandığını açıqlayıb.
İsrail Ordusunun sözçüsü Daniel Haqari Qəzzada Əl-Qəssam Briqadalarının əlində 240 israilli məhbus olduğunu qeyd edib.

Qəzzadakı Fələstin Səhiyyə Nazirliyi İsrailin hücumları nəticəsində 3542-si uşaq və 2187-si qadın olmaqla 8525 fələstinlinin həlak olduğunu, 21643 nəfərin isə yaralandığını bildirib.

İşğal altındakı İordan çayının qərb sahilində İsrail qüvvələrinin və yəhudilərin hücumları nəticəsində 126 fələstinli ölüb, təxminən 2 min fələstinli yaralanıb.



Әlaqәli Xәbәrlәr