Qəzza zolağında həlak olan BMT əməkdaşlarının sayı

UNRWA-nın sosial şəbəkə saytı “X” hesabında verilən açıqlamada bildirilir ...

2057433
Qəzza zolağında həlak olan BMT əməkdaşlarının sayı

 

  Birləşmiş Millətlər Təşkilatı (BMT) oktyabrın 7-dən bu yana Qəzza zolağında BMT-nin Fələstinli Qaçqınlara Yardım və İş üzrə qurumunun (UNRWA) 59 əməkdaşının həlak olduğunu açıqlayıb.

  UNRWA-nın sosial şəbəkə saytı “X” hesabında verilən açıqlamada bildirilir: “Qəzza zolağına edilən hücumlarda həyatını itirən UNRWA işçilərinin xatirəsini yad etmək üçün mərasim təşkil edildi. 7 oktyabrdan bəri İsrailin hücumları nəticəsində Qəzza zolağında UNRWA-nın 59 əməkdaşının həlak olub. Öldürülən dostlarımızın sayı artdıqca BMT və UNRWA üçün hər gün qaranlıqlaşır.

  Qəzzadan hər saat sözlə ifadə ediləsi mümkün olmayan ağrılar gəlməyə davam edir”.

  Xatırladaq ki, “Həmas”ın silahlı qanadı İzzəddin əl-Qəssam hərbi birləşmələri oktyabrın 7-də səhər saatlarında İsrailə qarşı hərtərəfli hücuma başlayıb. Qarşı trəf də Qəzza zolağına intensiv hava zərbələri endirib. İsrail rəsmiləri Qəzzadan edilən hücumlarda 311-i əsgər olmaqla 1400 israillinin həlak olduğunu, 5132 nəfərin isə yaralandığını açıqlayıb.

  Fələstin Səhiyyə Nazirliyinin Qəzzaya dair məlumatına görə, İsrailin hücumlarında ölənlərin sayı 8005-ə yüksəlib ki, bunların 3342-si uşaq, 2262-si qadındır. 20 min 242 nəfər də yaralı var.

  İşğal altındakı İordan çayının qərb sahilində İsrail qüvvələrinin və yəhudi məskunlaşanların hücumları nəticəsində isə 113 fələstinli ölüb, 1900-dən çoxu yaralanıb.

  İsrailin bombardmanı zamanı Qəzzada 34, Livanda isə 1 jurnalist həyatını itirib.



Әlaqәli Xәbәrlәr