Ümumdünya Ərzaq Proqramı: ''Qəzzaya hər gün 40 yük maşını humanitar yardım daxli olmalıdır''

Ümumdünya Ərzaq Proqramı (WFP) humanitar əməliyyatların əhatəsini genişləndirmək və qarşıdakı 2 ayda 1,1 milyon insana ərzaq yardımı çatdırmaq üçün hər gün 40 yük maşının Qəzzaya daxil olmasının vacib olduğunu açıqlayıb.

2056966

Ümumdünya Ərzaq Proqramı tərəfindən verilən açıqlamada Qəzzada yanacaq çatışmazlığının yaşandığı,yanacaq tədarükü olmadıqda isə WFP ilə işləyən çörək zavodlarının çörək bişirə bilməyəcəyi vurğulanıb.
Açıqlamada Qəzza xalqının  davamlı yardıma ehtiyacı olduğu, yanacağın yalnız çörəkxanalar üçün deyil, həm də Rəfah sərhəd-keçid məntəqəsindən daxil olan yardımların müvafiq yerlərə çatdırılması üçün lazım olduğu ifadə edilib. 
Ümumdünya Ərzaq Proqramının verdiyi açıqlamada proqramın humanitar əməliyyatlarının əhatəsini genişləndirməsi və qarşıdakı 2 ayda 1,1 milyon insana ərzaq yardımı çatdırması üçün hər gün 40 yük maşınının Qəzzəyə daxil olmasının vacibliyi vurğulanıb.
Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərq Agentliyinin (UNRWA) Baş komissarı Filip Lazzarini Britaniyanın “The Guardian” qəzeti üçün qələmə aldığı məqalədə oktyabrın 7-dən əvvəl hər gün təxminən 500 yük maşınının Qəzzaya daxil olduğunu bildirib.

Әlaqәli Xәbәrlәr