İslam Əməkdaşlıq Təşkilatı beynəlxalq ictimaiyyətə Qəzza ilə bağlı çağırış etdi

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Fələstin xalqına təcili yardım və beynəlxalq müdafiənin təmin edilməsinin vacibliyini bəyan edib və beynəlxalq ictimaiyyəti İsrailin Qəzzaya hücumlarının dayandırılması üçün məsuliyyəti öz üzərinə götürməyə çağırıb.

2056974

İƏT-nin internet səhifəsində verilən bəyanata görə, təşkilatın baş katibi Hüseyn İbrahim Taha Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) daimi üzvü olan ölkələr də daxil olmaqla bir çox beynəlxalq aktorlara mesaj göndərib.
Taha bu mesajlarında beynəlxalq ictimaiyyəti İsrailin Qəzzaya hücumlarını dayandırmaq üçün məsuliyyəti öz üzərinə götürməyə çağırıb və hərbi cinayətlərinə məruz qalan Fələstin xalqına təcili yardım və beynəlxalq müdafiənin təmin edilməsini istəyib.

Әlaqәli Xәbәrlәr