Arif Alvi:''Rəcəb Tayyib Ərdoğan Qəzza məsələsində cəsarətli mövqe nümayiş etdirdi''

Pakistan prezidenti Arif Alvi Qəzza zolağında baş verənlərin çox kədərli olduğunu bildirib.

2057069
Arif Alvi:''Rəcəb Tayyib Ərdoğan Qəzza məsələsində cəsarətli mövqe nümayiş etdirdi''

Pakistan prezidenti Arif Alvi Qəzza zolağında baş verənlərin çox kədərli olduğunu bildirib.
"Qardaşım prezident Rəcəb Tayyib Ərdoğan Qəzza məsələsində cəsarətli mövqe nümayiş etdirdi. İnanıram ki, İslam dünyası da bu mövzuda cəsarətli mövqe nümayiş etdirəcək",-deyə Arif Alvi bildirib.
Arif Alvi jurnalistlərə verdiyi açıqlamada Türkiye Cümhuriyyətinin qurulmasının 100-cü ildönümü münasibətilə Pakistan xalqı və hökuməti adından Prezident Rəcəb Tayyib Ərdoğana təbriklərini çatdırıb.
Cümhuriyyətin 1923-cü il oktyabrın 29-da Türkiyenin Ulu Öndəri Mustafa Kamal Atatürkün xarizmatik liderliyi ilə qurulduğuna diqqət çəkən Alvi, Pakistan ilə Türkiye arasında tarixi əlaqələrin olduğunu bildirib.
Alvi Türkiyenin Qəzzada yaşanan vəhşiliyə qarşı böyük liderlik nümayiş etdirdiyini qeyd edib.
"Qardaşım Ərdoğan Qəzza mövzusunda cəsarətli mövqe nümayiş etdirdi. İnanıram ki, İslam dünyası da bu mövzuda cəsarətli mövqe nümayiş etdirəcək",deyə Pakistan prezidenti vurğulayıb.


Etiketlәr: #Türkiye , #Pakistan

Әlaqәli Xәbәrlәr