Lin Hastinqs:''İsrailin Qəzza zolağının şimalına humanitar yardımın çatdırılmasına qarşıdır''

Birləşmiş Millətlər Təşkilatının (BMT) Fələstin Humanitar Məsələləri üzrə koordinatoru Lin Hastinqs İsrailin Qəzza zolağının şimalına humanitar yardımın çatdırılmasına açıq şəkildə qarşı olduğunu bildirib.

2056909

BMT-nin Cenevrədəki ofisində keçirilən  həftəlik mətbuat konfransına onlayn qaydada qatılan Hastinqs İsrailin hücumlarına məruz qalan Qəzza və bölgədəki humanitar vəziyyəti qiymətləndirib.
"İsrail Qəzzanın şimalına (təxminən 400 min insanın qaldığı) humanitar yardımın çatdırılmasına açıq şəkildə qarşıdır", - deyə Lin Hastinqs bildirib. 
Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərq Agentliyinin kommisarı Filip Lazzarini isə öz növbəsində dedi:“Qəzzalılar yalnız bombalardan və hücumlardan ölmür, yaxın zamanda daha çoxları Qəzzanın mühasirə altında olması səbəbindən öləcək.Qəzzanın blokadası əsasən qadın və uşaqlar da daxil olmaqla  2 milyondan çox insanın kütləvi şəkildə cəzalandırmaq mənasına gəlir''.

Әlaqәli Xәbәrlәr