Men Lyuiston şəhərindəki kütləvi atışmanı terror aktı kimi qiymətləndirmir

Cnayətkar şəhərin üç yerində - bar, restoran və mağazada insanlara avtomat silahdan atəş açıb, nəticədə 22 ölüb, 60-a yaxın insan yaralanıb

2055941
Men Lyuiston şəhərindəki kütləvi atışmanı terror aktı kimi qiymətləndirmir

 

  Men ştatının hüquq-mühafizə orqanları Lyuiston şəhərində baş verən kütləvi atışma hadisəsini terror aktı kimi qiymətləndirmir. Bu barədə “NBC News” telekanalı məlumat yayıb. Bildirilir ki, polis araşdırmalarını davam etdirir.

  Qeyd edək ki, cinayətkar şəhərin üç yerində - bar, restoran və mağazada insanlara avtomat silahdan atəş açıb. Nəticədə 22 ölüb, 60-a yaxın insan yaralanıb.

  ABŞ-ın Men ştatının Lyuiston şəhərində qətliam törətməkdə şübhəli bilinən şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Bu barədə "Fox News" telekanalı məlumat yayıb. Məlumata görə, cinayətin təhqiqatına ABŞ Federal Təhqiqat Bürosunun (FTB) agentləri qoşulub. Təhqiqata Men ştatının polisi rəhbərlik edir.

  



Әlaqәli Xәbәrlәr