Humanitar yardım daşıyan daha 12 yük maşını Qəzza zolağına daxil oldu

İsrailin hücumlarına məruz qalan Qəzza zolağına daha 12 yardım maşınının daxil olduğu bildirilib.

2056372
Humanitar yardım daşıyan daha 12 yük maşını Qəzza zolağına daxil oldu

İsrailin hücumlarına məruz qalan Qəzza zolağına daha 12 yardım maşınının daxil olduğu bildirilib.
Rəfah sərhəd-keçid məntəqəsinin mətbuat xidmətinin dirktoru Vali Ebu Muhsin Qəzzaya daxil olan 12 yardım maşınının su, qida və dərman daşıdığını söylədi.
Muhsin qeyd edib ki, son yardım karvanı ilə İsrailin Qəzzaya hücumlarının başladığı 7 oktyabrdan bu yana Qəzza zolağına daxil olan yük maşınlarının sayı 74-ə çatıb.
''Həmas''ın hərbi qanadı Qəssam Briqadaları oktyabrın 7-də İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçdiyini açıqlayıb.
İsrail ordusu da döyüş təyyarələri ilə Qəzza zolağına qarşı ''Dəmir qılınclar'' əməliyyatına başladığını açıqlayıb.
Gərginlik səbəbindən hər iki tərəf də çox sayda itki verib.



Әlaqәli Xәbәrlәr