Humanitar yardım daşıyan daha 8 yük maşını Qəzza zolağına daxil oldu

Bu barədə Fələstin Qızıl Aypara Cəmiyyətinin yaydığı məlumatda bildirilib.

2055473
Humanitar yardım daşıyan daha 8 yük maşını Qəzza zolağına daxil oldu

Qəzzaya humanitar yardım daşıyan daha 8 TIR Rəfah sərhəd-keçid məntəqəsindən bölgəyə daxil olub.
Bu barədə Fələstin Qızıl Aypara Cəmiyyətinin yaydığı məlumatda bildirilib.
Məlumatda yük maşınlarından 5-nin su, 2-nin ərzaq, 1-nin isə dərman daşıdığı qeyd olunub.
Rəfah sərhəd-keçid məntəqəsinin Mətbuat İdarəsinin direktoru Vail Əbu Muhsin oktyabrın 23-də verdiyi açıqlamada Misirdən gələn 20 maşından ibarət üçüncü humanitar yardım karvanının Rəfah sərhəd-keçid məntəqəsindən keçərək Qəzzaya daxil olduğunu bildirib.
Məlumata əsasən, Qəzzaya daxil olan yardım maşınlarının sayı 62-yə çatıb.
''Həmas''ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları oktyabrın 7-də səhər saatlarında İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçib.
İsrail ordusu da döyüş təyyarələri ilə Qəzza zolağına qarşı ''Dəmir qılınclar'' əməliyyatına başladığını açıqlayıb.
Gərginlik səbəbindən hər iki tərəf də çox sayda itki verib.



Әlaqәli Xәbәrlәr