İsrailin müdafiə naziri: "Qəzzaya qurudan hücum aylarla davam edə bilər"

İsrailin müdafiə naziri Yoav Qalant bildirib ki, Qəzzaya quru hücumu aylarla davam edə bilər.

2054294
İsrailin müdafiə naziri: "Qəzzaya qurudan hücum aylarla davam edə bilər"

İsrailin müdafiə naziri Yoav Qalant bildirib ki, Qəzzaya quru hücumu aylarla davam edə bilər.
"Yediot Ahronot" qəzetində yer alan xəbərə görə, Qalant bu barədə Qəzza sərhədi yaxınlığında keçirilən "Hava Qüvvələri Əməliyyat Komandanlığı" toplantısında açıqlama verib.

Qalant "İsrail ordusunu dayandıra biləcək heç bir şey yoxdur. Manevrin (Qəzza hücumlarına İsrailin qoyduğu ad) əməliyyat tərəfi hava imkanları və quru əməliyyatlarından ibarətdir. Qəzzada quru əməliyyatı orada son müharibə olmalıdır, çünki ondan sonra "Həmas" olmayacaq. Bu, bir ay, 2 ay, 3 ay çəkə bilər, amma sonda orada "Həmas" qalmayacaq” deyib.

Qeyd edək ki, İsrail ordusu daha əvvəl verdiyi açıqlamada “müharibə”nin növbəti mərhələsinə (qurudan hücum) hazırlıq çərçivəsində İsrail qüvvələrinin Qəzzada üzləşə biləcəyi təhlükələri azaltmaq üçün hava hücumlarını gücləndirdiyini bildirb.



Әlaqәli Xәbәrlәr