İtaliyanın baş naziri İsraildə

C.Meloni səfər çərçivəsində Tel-Əvivdə İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşüb

2054230
İtaliyanın baş naziri İsraildə

 

  İtaliyanın Baş naziri Ciorcia Meloni İsrailə səfər edib.

  C.Meloni səfər çərçivəsində Tel-Əvivdə İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşüb. Görüşdə Yaxın Şərqdə davam edən münaqişənin həlli yollarına dair fikir mübadiləsi aparılıb.

  İtaliyanın baş naziri İsrailə səfərindən əvvəl oktyabrın 21-də Misirdə keçirilən Qahirə Sülh Sammitində iştirak edib. O, sammitin açılış sessiyasında çıxışı zamanı "Həmas" hərəkatının fəaliyyətinin birmənalı şəkildə pislənməsinin və münaqişənin həllinə koordinasiyalı diplomatik səylərlə dəstək verilməsinin zəruriliyini vurğulayıb. Həmçinin Qəzzada təcili humanitar ehtiyacların araşdırılmasının vacibliyini bildirib.

  C.Meloni sammit çərçivəsində Misir prezidenti Əbdülfəttah əs-Sisi və Fələstin dövlət başçısı Mahmud Abbas ilə ikitərəfli görüşlər keçirib. Görüşlərdə Misirlə əməkdaşlıq əlaqələrinin gücləndirilməsi və İtaliyanın Fələstin xalqına dəstəyi ifadə olunub.



Әlaqәli Xәbәrlәr