İsrailin Qəzzaya hücumları nəticəsində 5 500 bina tamamilə dağılıb

İsrailin oktyabrın 7-dən bəri Qəzzaya etdiyi hücumlarda 14200 mənzildən ibarət 5500 bina tamamilə dağılıb.

2053868
İsrailin Qəzzaya hücumları nəticəsində 5 500 bina tamamilə dağılıb

İsrailin oktyabrın 7-dən bəri Qəzzaya etdiyi hücumlarda 14 200 mənzildən ibarət 5 500 bina tamamilə dağılıb.
''Həmas''a tabe olan hökumətin media ofisinin rəhbəri Selame Maruf keçirdiyi mətbuat konfransında İsrailin hücumlarının vurduğu ziyanla bağlı məlumat verib.
Selame Maruf hücumlarda 14 200 mənzildən ibarət 5 500 binanın tamamilə dağıldığını, 62 ictimai bina və 133 370 mənzilin qismən zərər gördüyünü, onlardan 10 127-nin  yararsız hala düşdüyünü qeyd edib.
Media Ofisindən verilən yazılı açıqlamada İsrailin təhsil müəssisələrinə hücumları nəticəsində 160 məktəbin zərər gördüyü, 19-unun isə yararsız hala düşdüyü bildirilib.



Әlaqәli Xәbәrlәr