İsrail ordusu Qәzzanı bombalamağa davam edir

İsrail ordusunun mühasirə altındakı Qəzza zolağına endirdiyi hava zərbələri nəticəsində  4-ü uşaq, 1-i qadın olmaqla 15 nəfərin həyatını itirib.

2053867
İsrail ordusu Qәzzanı bombalamağa davam edir

İsrail ordusunun mühasirə altındakı Qəzza zolağına endirdiyi hava zərbələri nəticəsində  4-ü uşaq, 1-i qadın olmaqla 15 nəfərin həyatını itirib.

Qəzzadakı Daxili İşlər Nazirliyindən verilən yazılı açıqlamada İsrailin Qəzzanın şimalındakı iki evə hücum etdiyi və nəticədə 10 nəfərin öldüyü  bildirilib.

Açıqlamada Qəzzanın cənubunda yerləşən Rəfah şəhərinin Əl-Cenine rayonundakı bir evin bombalandığı, nəticədə 4-ü uşaq, 1-i qadın olmaqla 5 nəfərin həyatını itirdiyi bildirilib.

Açıqlamada həmçinin işğalçı qüvvələrin hücumlarını intensivləşdirdiyi, Qəzza zolağının şimal, mərkəz və cənubunda evlərin hədəf alındığı və çox sayda insanın öldüyü və yaralandığı bildirilib.



Әlaqәli Xәbәrlәr