Məhəmməd bin Salman: ''İsrail mühasirə altındakı Qəzza zolağına hücumları dayandırmalıdır''

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman bildirib ki, İsrailin mühasirə altındakı Qəzza zolağına hücumları dayandırılmalıdır.

2053678
Məhəmməd bin Salman: ''İsrail mühasirə altındakı Qəzza zolağına hücumları dayandırmalıdır''

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman bildirib ki, İsrailin mühasirə altındakı Qəzza zolağına hücumları dayandırılmalıdır.
Səudiyyə Ərəbistanının rəsmi televiziya kanalı olan “Əl-İxbariyyə” vəliəhd şahzadə Məhəmməd bin Salmanın Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) və Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) paytaxt Ər-Riyadda keçirilən birgə sammitində açılış nitqi ilə çıxış etdiyini bildirib.
Məhəmməd bin Salman çıxışında Qəzzədəki vəziyyətə toxunaraq deyib: “Bu gün Qəzzada artan zorakılığın şahidi olmaqdan kədərlənirik və bunun əvəzini günahsız mülki insanlar ödəyir”.
Məhəmməd bin Salman hər hansı bir şəkildə və hər hansı səbəbdən mülki şəxslərin hədəf alınmasını rədd etdiklərini bildirib.
''Qəzzadakı hərbi əməliyyatlar dayandırılmalı və Fələstin dövlətinin qurulmasına zəmanət verəcək davamlı sülhə nail olmaq üçün lazımi şərait yaradılmalıdır”,-deyə Məhəmməd bin Salman vurğulayıb.

İordaniya Xarici İşlər Nazirliyinin ''X'' sosial media platformasında dərc etdiyi açıqlamaya görə, İordaniyanın xarici işlər naziri Eymen Safadi oktyabrın 7-də İsrail və Fələstin qrupları arasında başlayan qarşıdurmalarla bağlı yanaşmalara diqqət çəkib.
İsrail-Fələstin münaqişəsindən sonra Avropa mediasının bütün orqanları ilə ərəb ölkələrinin liderlərinə “Günahsız dinc insanların öldürülməsini qınayırsınızmı?” sualını verdiyini bildirən Safedi bunu qınadıqlarını bir neçə gün əvvəl Misirin paytaxtı Qahirədə keçirilən Ərəb Liqası Xarici İşlər Nazirləri Toplantısında  dilə gətirdiklərini qeyd edib.
Ukraynadakı müharibə və İsrailin Qəzza zolağına hücumları ilə bağlı yanaşmasına diqqət çəkən Safedi deyib: 
"Xalqımız soruşur ki, niyə ukraynalıları yeməkdən və dərmandan məhrum etmək hərbi cinayətdir, amma qəzzalılar bu imkanlardan məhrum olanda müharibə cinayəti deyil? Nə üçün Ukraynada və Yuqoslaviyada günahsız mülki insanları öldürmək hərbi cinayətdir, amma Qəzzada yox?''
Xatırladaq ki, ''Həmas''ın hərbi qanadı Qəssam Briqadaları oktyabrın 7-də İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçdiyini açıqlayıb. Qəzzadan İsrailə doğru minlərlə raket atılıb. Silahlı qruplar bölgədəki yaşayış məntəqələrinə daxil olub.
İsrail ordusu da döyüş təyyarələri ilə Qəzza zolağına qarşı ''Dəmir qılınclar'' əməliyyatına başladığını açıqlayıb.
İsrailin hücumları nəticəsində 4 mindən çox fələstinli ölüb, 12 mindən çox fələstinli yaralanıb.



Әlaqәli Xәbәrlәr