İsrail ordusu:''Qəzza zolağına humanitar yardımların daxil olmasına icazə verilməyəcək''

İsrail ordusunun sözçüsü Daniel Haqarinin keçirdiyi mətbuat konfransı İsrailin KAN telekanalında yayımlanıb.

2053419
İsrail ordusu:''Qəzza zolağına humanitar yardımların daxil olmasına icazə verilməyəcək''

İsrail ordusu hazırda mühasirə altında olan Qəzza zolağına yardımların daxil olmasına icazə verilməyəcəyini açıqlayıb.
İsrail ordusunun sözçüsü Daniel Haqarinin keçirdiyi mətbuat konfransı İsrailin KAN telekanalında yayımlanıb.
Daniel Haqari deyib: "İndiki mərhələdə Qəzzaya humanitar yardımın daxil olmasına icazə verilməyəcək. Qəzzaya açılan sərhəd-keçid məntəqələri hələ də bağlıdır. Bununla bağlı qərar inzibati səviyyədə qəbul olunacaq  və sonra həyata keçiriləcək'',
İsrailin şimalındakı gərginliyə də toxunan Daniel Haqari Livanın cənubundan açılan atəşin Hizbullahın razılığı və dəstəyi ilə həyata keçirildiyini və Hizbullahın buna görə cavab verəcəyini bildirib.
Daniel Haqari həmçinin 100-dən çox israillinin itkin düşdüyünü və bu barədə onların ailələrinə məlumat verildiyini bildirib.
Xatırladaq ki, HƏMAS-ın hərbi qanadı Qəssam Briqadaları oktyabrın 7-də İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçdiyini açıqlayıb. Qəzzadan İsrailə doğru minlərlə raket atılıb. Silahlı qruplar bölgədəki yaşayış məntəqələrinə daxil olub.
İsrail ordusu da döyüş təyyarələri ilə Qəzza zolağına qarşı ''Dəmir qılınclar'' əməliyyatına başladığını açıqlayıb.
Gərginlik səbəbindən hər iki tərəf də çox sayda itki verib.



Әlaqәli Xәbәrlәr