Livanın Baş naziri Türkiyeyә tәşәkkür edib

Livanın Baş naziri Nəcib Mikati hər zaman ölkəsinin yanında olduğuna və hər sahədə dəstək verdiyinə görə Türkiyeyə təşəkkür edib.

2052296
Livanın Baş naziri Türkiyeyә tәşәkkür edib

Livanın Baş naziri Nəcib Mikati hər zaman ölkəsinin yanında olduğuna və hər sahədə dəstək verdiyinə görə Türkiyeyə təşəkkür edib.

Baş nazir Nəcib Mikati xarici işlər naziri Hakan Fidanı paytaxt Beyrutda qəbul etdikdən sonra açıqlama verib.

Livan Nazirlər Kabinetindən verilən açıqlamaya görə, Nəcib Mikati Türkiyenin Livana hər sahədə verdiyi dəstəyə görə Hakan Fidana təşəkkür edib.

Mikati Türkiyenin Beyrut limanında baş verən partlayış zamanı zərər görmüş Xarici İşlər Nazirliyi binasının bərpasına verdiyi dəstəyə görə minnətdarlığını bildirib.

Görüş zamanı ikitərəfli münasibətlər ilə Livanın cənubu və Qəzzadakı mövcud vəziyyət də müzakirə edilib.

Baş nazir Mikati deyib ki, İsrail Qəzzaya  və Livanın cənubuna etdiyi hücumları dayandırmalıdır.



Әlaqәli Xәbәrlәr