BMT Qәzzadakı xәstәxanaya edilәn hücumu qınadı

BMT Qəzzadakı əl-Əhli Baptist xəstəxanasına edilən hücumu qətiyyətlə pisləyib və mülki şəxslərə və tibbi mərkəzlərə qarşı hücumları dayandırmağa çağırıb.

2052292
BMT Qәzzadakı xәstәxanaya edilәn hücumu qınadı

BMT Qəzzadakı Əl-Əhli Baptist xəstəxanasına edilən hücumu qətiyyətlə pisləyib və mülki şəxslərə və tibbi mərkəzlərə qarşı hücumları dayandırmağa çağırıb.

Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun (UNFPA) rəsmi internet səhifəsində İsrailin Qəzzadakı Əl-Əhli Baptist Xəstəxanasına etdiyi hücumla bağlı paylaşım edilib.

Paylaşımda bu ifadələrə yer verilib: “Birləşmiş Millətlər Təşkilatı Qəzzadakı Əl-Əhli Baptist xəstəxanasına edilən və yüzlərlə insanın ölümünə səbəb olan hücumu qətiyyətlə qınayır”.

Paylaşımda mülki şəxslərə və mülki infrastrukturlara hücumların dayandırılmasının vacibliyi vurğulanıb və tibbi mərkəzlərin hədəf alınmamasının əhəmiyyəti qeyd olunub.

Qəzza Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Kudra İsrailin Qəzzadakı əl-Əhli Baptist xəstəxanasını bombalaması nəticəsində ölənlərin sayının 500-ə yüksəldiyini açıqlayıb.



Әlaqәli Xәbәrlәr